“İşgüzar ünsiyyət üçün ingilis dili” təlimi - qeydiyyata start verildi!
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində “İşgüzar ünsiyyət üçün ingilis dili (English for business communication)” təlim proqramı üzrə qeydiyyata START verildi!
Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərir. Mərkəzimiz qabaqcıl yerli və beynəlxalq təcrübəni əks etdirən təlim xidmətləri təklif edir. Təlimlərimiz maliyyə bazarı mütəxəssislərinin peşəkar inkişafı və ictimaiyyətin maliyyə savadının gücləndirilməsini özünə məqsəd seçib.
Beynəlxalq biznes aləmində ən çox istifadə edilən dil – ingilis dilidir. Bu baxımdan müxtəlif sahələrdə çalışan mütəxəssislərin işgüzar ingilis dilini yüksək səviyyədə bilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, işgüzar ingilis dili bacarıqları sizin iş səmərəliliyinizin artması, biznes və karyera imkanlarınızın genişlənməsinə kömək edəcək.
İlk öncə İngilis dili biliyinizin səviyyəsi Placement Test (Oxford system) vasitəsilə (50 dəq. yazılı test; 10 dəq. şifahi müsahibə) müəyyən ediləcək. Daha sonra səviyyədən asılı olaraq sizin üçün proqram növü və müddəti seçiləcək.
Tədris dili: İngilis dili İmtahanda iştirakın qiyməti (1 nəfər üçün): 15 AZN İmtahanın müddəti: 1 saat Təlimin aylıq qiyməti: 60 AZN
Təlimçi: Məlahət Vəliyeva - Böyük Britaniyanın Esseks Universitetində post-doktorantura təhsili çərçivəsində təlimçidir. 2003-2017-ci illərdə “British Council” təşkilatının xətti ilə müxtəlif müəssisə və təşkilatlarda ingilis dili üzrə təlimlər həyata keçirmiş, beynəlxalq layihələrdə tərcüməçi vəzifəsini icra etmişdir. Hal-hazırda “ADA” Universiteti və Azərbaycan Dillər Universitetində pedoqoji fəaliyyət göstərir.
Təlimlə bağlı hər hansı bir sual yarandıqda bizimlə əlaqə saxlayın: Telefon: (+994)12 498 16 77 Mobil: (+994)51 498 16 77 Email: [email protected] Veb səhifə: www.fmtc.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
15 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 16 saat əvvəl
-
16 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
17 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl