Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Antivirus istehsalçısının direktoru Bakıya gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Antivirus istehsalçısının direktoru  Bakıya gəlir

 

Azərbaycan mövcud geosiyasi risklərlə əlaqədar kiberhücumlara daha çox məruz qala bilər. Bunu  açıqlamasında "Kaspersky Lab" şirkətinin vitse-prezidenti Anton Şinqaryov deyib.

Reklam_3_11

 

Onun sözlərinə görə, bu cür hücumlar istənilən ölkədə baş verə bilər və bəzən güclü proqramçılar özləri kibrcinayətkarlara çevrilir. Bu baxımdan Azərbaycan da istisna deyil.

 

“Həmçinin, mürəkkəb geosiyasi şəraitdə, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda kiberhücum riski yüksəkdir. Münaqişəni nəzərə alaraq deyə bilərəm ki, ölkənin informasiya texnologiyaları infrastrukturunun qorunması mühüm əhəmiyyət kəsb edir. Üstəlik, ölkənin güclü sənaye və maliyyə sektoruna sahibdir ki, bu da əlavə potensial risk deməkdir”, - deyə şirkət rəsmisi qeyd edib.

 

A.Şinqaryov həmçinin deyib ki, "Kaspersky Lab" şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski Bakıya gəlməyə hazırlaşır. Bu günlərdə baş butacaq səfər çərçivəsində o, Azərbaycan paytaxtında "Formula-1" yarışlarını izləyəcək. "Yarışların iştirakçısı olan "Ferrari" komandasının sponsoru "Kaspersky Lab"dır. Yevgeni "Formula-1", sürət həvəskarıdır. O, Münhendə (Almaniya) keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə görüşüb və bu görüşdə Bakı Qran-Prisinə dəvət alıb. Yevgeni Bakıda çox olsa da, bu yarışı Azərbaycan paytaxtında izləyə bilməyib”.

 

Şirkət nümayəndəsi onu da bildirib ki, Y.Kasperskinin səfər zamanı Azərbaycanın dövlət başçısı ilə görüşəcəyi istisna olunmur: “Bu görüş təsdiqlənməsə də, onun üçün istək var. Həmçinin, səfər zamanı bir sıra dövlət və özəl qurumların rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Güclü sənayesi olan Azərbaycan böyük əhəmiyyət kəsb edən bazardır”.

 

© Report

16.06.2017 13:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ