Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Amazon, "Whole Foods"u satın alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amazon, "Whole Foods"u satın alır


ABŞ-ın ən böyük e-ticarət şirkəti olan Amazon, son illərdə müxtəlif sahələrə daxil olması ilə diqqət çəkir. "Marja" xəbər verir ki, bunlardan biri də "AmazonFresh"in  təzə ərzaq paylamağa başlaması oldu.


 
Los Anceles və Seattle-də başlayan xidmət, internet üzərindən market alış-verişi aparılmasını təmin edir. Daha sonra San Fransiskoda, İngiltərədə Londonda, Almaniyanın Berlin şəhərində də xidmət göstərməyə başlayan "AmazonFresh"in, fəaliyyət miqyasını genişləndirməsilə bərabər, "Walmart" kimi nəhənglərə də rəqib olması hədəflənir.
 


Amazon, bu çərçivədə mövqeyini gücləndirmək istədi və təbii (orqanik) qidalar şəbəkəsi "Whole Foods"a apreldə talib oldu. 21 əyalətdə xidmət göstərən şirkətin dəyəri, o zaman təxminən 10,7 milyard dollar olaraq qeyd edilirdi.  Amazon-un şirkətə gözü düşdüyü barədə xəbər çıxandan sonra, "Whole Foods"ın səhmləri bahalaşdı və sonda Amazon ilə əl sıxdı.


 
Verilən məlumata görə, Amazon "Whole Foods Market Inc"  şirkətini 13,7 milyard dollar qarşılığında satın alacaq.


 
Amazon-un bu günə qədər ən böyük satıalması 2014-cü ildə internetdən oyun canlı yayımları xidməti təqdim edən "Twitch" olmuşdu. Amazon, "Twitch"i 970 milyon dollar nağd pul qarşılığında satın almışdı. 

 

Martın sonuna olan məlumatlar agörə, mərkəzi ofisi Seattle-da yerləşən Amazon-un kassasında 21,5 milyard dollar nağd pulu var.

16.06.2017 16:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ