Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Banklar tələm-tələsik audit hesabatlarını dərc etdilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar tələm-tələsik audit hesabatlarını dərc etdilər

Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının kommersiya banklarına audit hesabatlarının dərc olunması üçün verdiyi vaxt başa çatdı.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, 15 İyun qeyri-iş günü olduğundan, hesabatlarını dərc edə bilməyən bankların əksəriyyəti bu gün 2016-cı il üzrə audit hesabatlarını İnternet saytlarında yerləşdiriblər.

 

“Marja” xəbər verir ki, bu gün, AgBank, Bank Respublika, Bank of Baku, DəmirBank, NBC Bank və Nikoil Bank audit hesabatlarını dərc ediblər. Bu banklardan bir neçəsi təsdiq edilməmiş audit hesabatını dərc edib.

 

Ötən həftə Bank VTB (Azerbaijan), 14 İyunda “AtaBank” və “RabitəBank” hesabatını dərc etmişdi.

 

Maliyyə hesabatlarını açıqlamayan Azərbaycan Beynəlxalq Bankı, AmrahBank və Bank BTB  qalıb. Azərbaycan Beynəlxalq Bankı xaric, bu banklar audit hesabatını texniki səbəblərdən hazırda açıqlaya bilmədiklərini, tez bir zamanda dərc edəcəklərini bəyan ediblər. 

 

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində (31 Mayadək) maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər. 

 

İyunun əvvəlində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilmişdi. Görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilmişdi.

 

Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd etmişlər.

 

Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunmuşdu.

 

"MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq",- Palatanın yaydığı məlumatda qeyd edilmişdi.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

16.06.2017 20:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ