Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərsun"un əməkdaşları ilan tutmağı öyrənir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun"un əməkdaşları ilan tutmağı öyrənir

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu tərəfindən “Azərsun Holding” şirkətinin baytar əməkdaşlarına serpentologiya və serpentoloji xidmətlər üzrə təlimlərə başlanılıb.

 

İnstitutdan bildiriblər ki, ilanlarla bağlı xidmət sahəsi serpentoloji xidmət adlanır. “Serpentologiya” latın sözü olub, “serpento”, yəni ilan sözündən götürülüb. Hər il yaz-yay mövsümündə ilanların təbiətdə fəallığının artması, digər tərəfdən insanların təsərrüfat işləri və istirahətləri ilə bağlı ərazilərə səfərlərinin intensivləşməsi ilanlarla rastlaşma və ilansancma hallarının artmasına səbəb olur. Ona görə də hər zaman əhalinin təhlükəsizliyini təmin etmək üçün ilanlara nəzarət edilməsinə, insan olan ərazilərin ilanlardan təmizlənməsinə ehtiyac yaranır. Belə ki, ilanlarla bağlı xidmətin göstərilməsi üçün bu sahədə xüsusi bacarığa və təcrübəyə malik mütəxəssislərin olması çox vacibdir. Təəssüf ki, respublikada serpentologiya və serpentoloji xidmətlər üzrə mütəxəssis hazırlayan xüsusi qurum yoxdur.

 

Bunu nəzərə alaraq Zoologiya İnstitutu fiziki və hüquqi şəxslərə serpentologiya və serpentoloji xidmətlər üzrə təlimlərin keçirilməsinə başlayıb. Təlim prosesi nəzəri və praktik hissələrdən, dinləyicilərə ilanlar haqqında elm sahəsi olan serpentologiya, habelə ilanlarla bağlı (ilanların ərazidən təmizlənməsi, ilan təhlükəsizliyi üzrə profilaktik tədbirlərin keçirilməsi və s. ) ayrıca serpentoloji xidmətin göstərilməsi haqqında təlimlərdən ibarətdir. Təlimi mənimsəyən mütəxəssislərə sonda serpentoloji xidmətləri həyata keçirtmək üçün Zoologiya İnstitutunun sertifikatı verilir.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

16.06.2017 20:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ