Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

May ayında Azərbaycanda qızıl hasilatı kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
May ayında Azərbaycanda qızıl hasilatı kəskin artıb

2017-ci ilin yanvar-may aylarında Azərbaycanda 1 min 741,6 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

May ayında isə 1 min 369,5 kq qızıl hasil edilib.

 

Hasil edilən qızıl emala göndərilib.

 

2016-cı ildə Azərbaycanda 1 min 894,1 kq qızıl hasil olunub, hasilatın həcmi 15% azalıb.

 

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

 

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

 

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında qızıl hasilatına başlayıb.

16.06.2017 20:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ