Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ-da qazılan neft quyularının sayı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazılan neft quyularının sayı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
0% KREDİTLƏ OFİS MEBELİ!

 

 ABŞ-da qazılan neft quyularının sayı, 12-16 İyun tarixlərini əhatə edən həftədə 747-yə çatıb. 

 

"Marja" xəbər verir ki, qazılan neft quyuları barədə məlumat neft sənayesinin mövcud vəziyyəti barədə məlumat verir və yaxın dövr üçün xam neft hasilatına işarə kimi qəbul edilir.


 
Dünyanın ən böyük neft sənayesinə xidmət şirkəti  "Baker Hughes"in təqdim etdiyi həftəlik məlumatlara görə, Amerikanın neft sənayesində bu həftə 6 yeni quyunun qazılmasına başlanılıb və qazılan quyuların ümumi sayı 747-yə yüksəlib.


 
"Baker Hughes"ın məlumatları, ölkədəki qazılan neft quyularının sayında 22 həftə ardıcıl artım olduğunu göstərdi. Beləliklə, yanvar ayında 522 olan qazılan quyuların sayı, son 22 həftədə 43 faiz artıb.


 
 ABŞ-da cəmi qazılan quyuların sayı  2014-cü ilin Oktyabr  ayında 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyədə idi. Sonradan aşağı neft qiymətləri Amerikanın neft sənayesinə də mənfi təsir etməsilə ötən ilin may ayında 316-ya geriləyərək 80%-lə tarixi azalma qeyd etmişdi.
 
 
 Neft hasilatı son 17 həftənin 15-ində artım göstərib 

 

 ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ötən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləyən ABŞ-ın xam nft istehsalı, son 17 həftənin 15-ində yüksələrək ötən həftə etibarilə gündəlik orta hesabla 9,33 milyon barrel olub.
 


 EIA-nın iyun ayı "Qısa Dövr Enerji Mənzərəsi Hesabatına" görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon barrel, gələn il də 10 milyon barrel olması gözlənilir.


 
Neft qiymətləri son 6 həftənin ən aşağı səviyyəsində


 
ABŞ-ın xam Neft hasilatının yüksəlməyə davam etməsinin ardından dünən neft qiymətləri son 6 həftənin ən aşağı səviyyəsinə enib.


 
Dünən Londonda Brent neftinin barrel qiyməti 46,70 dollara, ABŞ-ın Qərbi Texas neftinin  barrel qiyməti də 44,22 dollara qədər aşağı düşərək, 5 Maydan bu yana ən aşağı səviyyəyə enib.


 
Sonradan ABŞ dollarının dəyərdən düşməsilə əlaqədar olaraq neft qiymətlərində az yüksəliş görülüb. Brent neftinin barrel qiyməti 47,22 dollar, Qərbi Texas neftinin barrel qiyməti də 44,61 dollar olub.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

17.06.2017 04:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ