Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

TuranBank 2016-cı ili heç vaxt unutmaya bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
TuranBank 2016-cı ili heç vaxt unutmaya bilər

 

TuranBank 2016-cı il üzrə Audit hesabatını İnternet səhifəsində yerləşdirib. Hesabatdan məlum olur ki, Bank ötən il tarixinin ən böyük zərərlərindən birini edib.

Reklam_3_11

 

“Marja” xəbər verir ki, Bank ötən ili 13 milyon 336 min manat zərər ilə başa vurub. TuranBank 2016-ci ilin yekunları üzrə 1 milyon 132 min manat zərər açıqlamışdı.

 

Bank aktivlər üzrə ehtimal olunan zərərlərə görə 13 milyon 323 min manat ayırıb. Xalis zərərin səbəbi də ehtiyatlara ayırmadır. Ehtiyatlara böyük məbləğdə ayırma Bankda ödəmə vaxtı keçmiş kreditlərin artdığına işarədir.

 

31 Dekabr 2016-cı il tarixinə TuranBank 508 milyon 260 min manat cəmi aktivlərə  malik olub. 2015-ci ilin sonunda Bankın aktivləri 517 milyon 741 min manat idi.

 

Yığılmış zərərlərə görə TuranBankın cəmi balans kapitalı 48 milyon 981 min manatdan 40 milyon 646 min manata geriləyib.

 

Audit hesabatı: https://www.turanbank.az/bizim-bank/maliyy-hesabatlar/

17.06.2017 08:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ