Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kartof püresi istehsalı zavodu tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kartof püresi istehsalı zavodu tikilir

 

İsmayıllıda kartof yığımına məhsulun daha tez yetişdiyi cənub ərazilərdə, o cümlədən Kürdmaşı, Gəraybəyli, Xəlilli, Mollaisaqlı və digər ərazi vahidlərində başlanılıb.

 

"Marja"nın məlumatına görə, rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə bölgədə 917 hektarda kartof yetişdirilib ki, bu da ötənildəkindən 50 hektar çoxdur.

 

Son illər bölgədə kartofçuluq intensiv inkişaf edir. Torpaq mülkiyyətçiləri bu sahəyə böyük maraq göstərirlər. Təsadüfi deyil ki, artıq bir sıra ərazilərdə kartof müasir texnologiya ilə becərilir. Bu il İsmayıllı şəhər, Talıstan, Kürdmaşı kənd ərazi vahidlərində 200 hektar sahədə əkin və becərmə işləri sənaye üsulu ilə aparılıb.

 

Bölgədə kartofçuluğun perspektivi nəzərə alınaraq saatda 500 kiloqram yarımfabrikat kartof püresi istehsalı gücünə malik zavod tikilir. Əhali ilə bərabər, kortof püresinin əsas alıcıları qida müəsisələri, piroq istehsalçıları, restoranlar və mehmanxanalar olacaqdır.

 

Mütəxəssislər cari mövsümdə rayonda 11 min tona yaxın məhsul götürüləcəyini proqnozlaşdırırlar.

17.06.2017 09:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ