Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Portuqaliyada meşə yanğını: 57 ölü var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Portuqaliyada meşə yanğını: 57 ölü var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 57 nəfərə çatıb.

 

Yanğınlar zamanı 59 nəfər xəsarət alıb. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd olunur ki, təxminən 30 nəfər təbii hadisə zonasından avtomobillə çıxmaq istəyərkən ölüb. 

 

Pedroqan-Qrandi bələdiyyəsi ərazisindəki yanğının qarşısını almaq hələlik mümkün olmayıb.

 

Qeyd edək ki, şənbə günü Portuqaliyanın bir sıra regionlarında havanın temperaturu 40 dərəcəyədək yüksəlib. Pedroqan-Qrandi bələdiyyəsi ərazisində yanğın baş verib. Alov tezliklə ətraf ərazilərə yayılıb.

 

Bir neçə yaşayış məntəqəsi yanğından zərər çəkib. Lakin dəymiş zərərin dəqiq miqdarı barədə məlumat yoxdur.

 

Paytaxt Lissabonun 200 km şimalında yerləşən Pedroqan-Qrandi bölgəsinin dağlıq sahədə baş verən yanğını söndürmək üçün 160 yanğınsöndürmə maşını və 500 yanğınsöndürmə əməkdaşı səfərbər edilib.

18.06.2017 12:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ