Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Ermənilər Qarabağda otellər istifadəyə verib - Fotolar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ermənilər Qarabağda otellər istifadəyə verib - Fotolar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ermənilər xariciləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib.

 

Reklam_3_11

Bu haqda məlumatı AMEA-nın İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov verib.

 

O, bildirib ki, Ermənistan hökuməti Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək otel kimi istifadəyə  verirlər. Bu otellərdən biri  “Avan Shoushi Plaza” hoteldir. Üçulduz lisenziyası ilə sənədləşdirilən bu otel, keçmiş “Qarabağ” mehmanxanasının binasıdır. Otel 2011-ci ildə istifadəyə verilib. Oteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq  mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: “Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir”. 

 

“Shushi Grand Hotel” isə 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib.  Otel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burda 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 vip-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqları var.  

 

Shushi Hotel şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir.  21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.

 

Armen and Christina's B&B:  Şuşada otellərdən başqa adi vətəndaşlarda azərbaycanlıların yaşadıqları evləri təmir edərək ucuz qiymətə turistlərə icarəyə verirlər. Fransa vətəndaşı Armen adlı bir şəxs Rumıniyadan olan Kristina adlı bir qızla evlənərək Şuşaya gələrək burada bir neçə boş evi təmir edərək otel biznesi ilə məşğul olurlar. 

 

İrəvandan olan gənc ailə Mhitar və Armin də Şuşaya gələrək buradakı boş azərbaycanlı evlərini təmir edərək turistlərə icarəyə verərək gəlir əldə edirlər. 

 

Şuşi otelində xidmətçi işləyən Bella adlı bir xanım da məskunlaşdığı evdə hər gün 4 – 5 turist qəbul edə bilir. 

 

Ermənistan Hökuməti  Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuuni ərazilərində türizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni otellər istifadəyə verirlər. Ermənilər Hadrud qəsəbəsinin mərkəzində "Nazank" coaching inn (Nazank hostel) otelini istifadəyə veriblər.

 

 Noyan Tapan Hosteli isə Şuşa yaxınlığında yerləşir. Restoranı və müştərilərinə uyğun  olaraq ekskursiya xidmətləri mövcuddur. 

 

Ağdərə şəhərinin mərkəzində «Lousastgh» hosteli fəaliyyət göstərir. 

 

Laçın rayonunun Soltanlar (Hüsülü) kəndində Soltan Əhməd sarayının binasında Melikatun Hostel yaradılıb.

 

Xocavənd rayonunun Tuğ kəndində Kyank hosteli istifadəyə verilib. Otelin restoranı və istirahət zonası var. 

 

Ağdərə şəhərinin mərkəzində Hostel Artsakh yerləşir. 19 çarpayıdan 1 ikinəfərlik, 1 üçnəfərlik, 1 dördnəfərlik, 2 beşnəfərlik otaqlardan ibarətdir.

 

F. İsmayılov bildirib: “Hal - hazırda Ermənistan hökumətinin Qarabağda apardığı turizm təbliğatı qeyri-qanuni olmaqla həm də əxlaqi dəyərləri zədələyir. Bütün bu oyunların qurulmasında Ermənistan hökumətinin məqsədi: - dünya ictimaiyyətinin diqqətini çəkmək və Dağlıq Qarabağ ərazilərini müstəqil inzibati ərazi vahidi kimi tanıtmaqdan ibarətdir”. 

 

Həmin otellətin bəzilərinin fotolarını təqdim edirik:

 

© “Qafqazinfo”

19.06.2017 07:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ