Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Dünya nəhəngi Azərbaycanın mağazalar şəbəkəsini məhkəməyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya nəhəngi Azərbaycanın mağazalar şəbəkəsini məhkəməyə verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Microsoft Corporation” şirkəti “Kontakt Home” mağzalar şəbəkəsinin sahibi “ABC-Telecom” MMC-ni məhkəməyə verib.

 

 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Microsoft Corporation” şirkəti dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürüb.

 

Məhkəmə iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarıb. Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib.

 

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Xəbər verdiyimiz kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə yüklənmiş “Microsoft”un lisensiyasız proqram təminatı və bu kompüterlərin təkrar satışı ilə məşğul olan şirkətə qarşı müəllif hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı ilk dəfə olaraq qərar qəbul edib. 

 

“ABC Telecom” şirkəti “Kontakt Home” mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.

 

Məhkəmənin qərarına əsasən, “ABC Telecom” şirkəti (“Kontakt”) tərəfindən “Microsoft”un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulub.

 

Apellyasiya müraciəti zamanı qərara məhkəmə tərəfindən yenidən baxılacaq. Bundan başqa, məhkəmə icraçıları qərarın yerinə yetirilməsinə nəzarət etmək məqsədilə “Kontakt” mağazalarında mühasibat hesabatları ilə tanış olub, anbarlarda müntəzəm yoxlamalar aparmaq hüququna malikdirlər.

19.06.2017 07:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ