Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan neft ixracını 10 faizdən çox azaltdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan neft ixracını 10 faizdən çox azaltdı

Azərbaycan 2017-ci yanvar-aprel aylarında 10 mln. 622,1 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,2% azdır. Bu barədə hökumətdən məlumat verilib.

 

“Hesabat dövrü ərzində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $3 mlrd. 889 mln. 129,2 min (artım 37,4%) təşkil edib”, - deyə hökumətdən qeyd ediblər.

 

2017-ci ilin yanvar-aprel aylarında ixrac edilmiş $2 mlrd. 616 mln. 375,8 min məbləğində neftin bəyan edilmiş həcmi 6 mln. 493,5 min ton təşkil edib.

 

2016-cı ildə Azərbaycandan 35 mln. 30,3 min ton neft ixrac olunub, bud a 2015-ci ilin göstəricisindən 0,2% azdır.

 

Qaz ixracını 4% artırıb

 

Azərbaycan 2017-ci ilin yanvar-aprel aylarında 3 mlrd. 85 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4% çoxdur. 

 

“Hesabat dövrü ərzində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $408 mln. 543,9 min (azalma 25,3%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.

 

Bu dövrdə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $276 mln. 201,4 min dəyərində 1 mlrd. 705,1 mln. kubmetr qaz ixrac edilib.

 

2016-cı ildə Azərbaycandan $1 mlrd. 142 mln. 66,5 min dəyərində 8 mlrd. 49,1 mln. kubmetr qaz ixrac edilib.

 

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.

 

© İnterfaks-Azərbaycan

19.06.2017 09:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ