Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu fermerlər 1 hektardan 10-12 ton üzüm götürəcəklərinə əmindirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu fermerlər 1 hektardan 10-12 ton üzüm götürəcəklərinə əmindirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Havaların isti keçməsi qərb bölgəsində üzümçülüyə müsbət təsir göstərib. Aqrotexniki qulluq işlərini yekunlaşdırmaq üzrə olan fermerlər bu il məhsuldarlığın bol olacağını bildirirlər. Bu sahənin gəlirli olduğunu nəzərə alan təsərrüfat sahibləri yeni üzüm bağları da salıblar.

 

Fermer Pərviz Məmmədov 70 hektar üzüm bağı saldığını bildirib. Hazırda sahələrdə ziyanvericilərə qarşı dərmanlama işləri görülür, yaşıl budama aparılır.

 

Üzüm bağlarına qulluq edən kənd sakini Rövşanə Mədətova deyib: “Hazırda tənəklərin yaşıl budamasını, həm də bağlamasını edirik. İstəyirik bol məhsul yetişsin. İşimizdən də razıyıq. Vaxtlı- vaxtında əməkhaqqımızı alırıq.”

 

Fermerlər bu il 1 hektardan 10-12 ton üzüm götürəcəklərinə əmindirlər. Üzümün əsasən süfrə növünü becərən fermerlər son vaxtlar şərabçılıqda istifadə edilən texniki sort üzümlərə də maraq göstərirlər.

 

Qeyd edək ki, Ağstafa rayonunda ötən il 5,7 min ton üzüm istehsal olunub.

 

© Azərtac

19.06.2017 09:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ