Azərbaycan Gürcüstanla ticarət dövriyyəsini 45% artırıb

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 316 mln. 285,4 min dollar təşkil edib.

 

Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya görə, bu, ötən ilin 5 ayı ilə müqayisədə 98 mln. 920 min dollar və ya 45,51% çoxdur.

 

Qeyd edək ki, Gürcüstanın xarici ticarət dövriyyəsinin 8,0%-i Azərbaycanın payına düşür.

 

Ötən 5 ay ərzində Gürcüstandan Azərbaycana 63 mln. 450,6 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da illik ifadədə 32 mln. 565,6 min dollar və ya 2,05 dəfə çoxdur. Gürcüstanın ixracının 6,3%-i Azərbaycanın payına düşür.

 

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 252 mln. 834,8 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 66 mln. 354,4 min dollar və ya 35,58% çoxdur. Gürcüstanın idxalının 8,6%-i Azərbaycanın payına düşür.

 

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 217 mln. 365,4 min dollar təşkil edib. Bu müddət ərzində ölkəmizin idxalı 186 mln. 480.4 min dollar, ixracı isə 30 mln. 885,0 min dollar təşkil edib.   

 

© APA

 

19 İyun 2017 , 12:01   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin