Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hər il 10 mindən artıq mənzilə olan tələbat ödənilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər il 10 mindən artıq mənzilə olan tələbat ödənilmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10%-ni təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin satılmasından ibarət olacaq.

 

Bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində əksini tapıb.

 

Sənəddə qeyd olunub ki, MİDA tərəfindən hər il 3 min yeni mənzilin satılması planlaşdırılır.

 

“Azərbaycanda hər sakinə düşən orta yaşayış sahəsi son 15 ildə tədricən 9,3 kvadratmetrdən 12 kvadratmetrə kimi artıb. Bundan başqa, son 10 ildə bir-biri ilə əlaqəli üç göstərici – xüsusi mülkiyyətə sahiblik payı, urbanizasiya və hər sakinə düşən yaşayış sahəsi üzrə göstəricilər demək olar ki, sabit qalıb. Bəzi rayonlarda əhalinin artım sürəti digərləri ilə müqayisədə daha yüksəkdir. 2009–2015-ci illərdə Azərbaycanın bir sıra rayonlarının, o cümlədən Bakı şəhərinin, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz və Yuxarı Qarabağ rayonlarının əhalisi artaraq yaşayış sahəsi üzrə artımı üstələyib. Bakı və Abşeron yarımadasında əhalinin real artım tempi istehsal işçilərinin kənd yerlərindən şəhərlərə axını səbəbindən hətta rəsmi göstəriciləri də üstələyir. Aparılan hesablamalara görə, Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq hər il təxminən 30 min yeni mənzil satılır. Bu artım uyğun qiymətə mənzillərin sayının lazımi səviyyədə və mənzil bazarında tarazlığı pozmadan artmasına səbəb olacaq”, - deyə sənəddə vurğulanıb.

 

Sənəddə qeyd olunub ki, agentliyin mənzil təminatı ilə bağlı hədəfləri real mənzil bazarının göstəriciləri əsasında hər il yenilənəcək və belə hədəfləri müəyyən edərkən eyni təşəbbüsləri həyata keçirən digər ölkələrdə müəyyən edilmiş əsas faktlar nəzərə alınacaq: “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə 16237 mənzil istifadəyə verilib. Bu o deməkdir ki, illik tələbat 30 min mənzil olduğu halda 10 mindən artıq mənzilə olan tələbat ödənilməyib. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təşəbbüslər müəyyən edilərkən bu fakt nəzərə alınacaq”.

 

26.12.2016 14:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ