Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın ilk milli velosiped brendinin təqdimatı keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ilk milli velosiped brendinin təqdimatı keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycanın ilk milli velosiped brendinin təqdimati keçiriləcək.

 

“Marja” xəbər verir ki, bu barədə İsmayılda istehsal sahəsi olan "İsma Bikes"ın yaydığı məlumatda deyilir.

 

Tədbirdə velosipedlər təqdim ediləcək. Təqdimata hamı dəvətlidir.

 

Təqdimat 06 İyul 2017-ci il tarixində, saat 18:00-da “Park Bulvar” alış-veriş mərkəzində keçiriləcək.

 

Qeyd edək ki, mətbuatda "İsma Bikes" zavodunun açılışı edilsə də velosipedlərin satışa çıxarmadığı yazılmışdı. Hətta zavodun bağlandığı da bildirilirdi.

 

Bundan öncə, zavodun baş mühasibi Elnarə Musayeva mətbuata bildirmişdi ki, İsmayıllıda Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi “İSMA BİKES” velosiped istehsalı zavodu iyundan etibarən tam surətdə fəaliyyətə başlayacaq.

 

Zavod rəsmisi qeyd edib ki, hazırda zavod test rejimində fəaliyyət göstərir:

 

“Zavodun fəaliyyət göstərmədiyi, bağlandığı barədə məlumatlar tamamilə əsassızdır. Hazırda bir sıra modellər üzərində işlər gedir. Kütləvi şəkildə istehsal növbəti aydan etibarən başlayacaq. Təlimlər keçirilir, işçilər seçilir və azərbaycanlılardan ibarət kadrlarımız hazırlanır”.

 

E.Musayeva qeyd etmişdi ki, müəssisə tam olaraq fəaliyyətə başlayandan sonra  müxtəlif növ velosipedlər və əlil arabaları istehsal ediləcək.

19.06.2017 10:52

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ