Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qlobal təbii qaz ixracı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal təbii qaz ixracı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal enerji bazarlarında qaz ixracı ötən il 2015-ci illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetrə yüksəlib.


 
"Marja" "British Petroleum"un (BP) "2017 Dünya Enerji Mənzərəsi" hesabatın istinadən xəbər verir ki, ötən il dünya üzrə edilən qaz satışlarının 68%-i boru kəmərləri vasitəsilə, 32%-i mayeləşdirilmiş qaz (LNG) ixracı yolu ilə həyata keçirilib.


 
Hesabata görə, 737 milyard 500 milyon kubmetr qaz boru kəmərləri, 346 milyard 600 milyon kubmetr də LNG olaraq satılıb.

 
Qlobal enerji bazarlarında ötən il qaz ixracı əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetrə çıxıb. Bu miqdar 2015-də 1 trilyon 340 milyon kubmetr olaraq qeyd edilmişdi.


 
 Boru xəttində Rusiya, LNG-də Qətər birincidir
 


Ötən il dünyada kəmərlərlə edilən qaz ixracında Rusiya 190 milyard 800 milyon kubmetrlə ilk sırada yer alıb. Rusiyanın ardınca, 109 milyard 800 milyon kubmetrlə Norveç  gəlir.

 

Dünyada 2016-da boru kəmərləri vasitəsilə ən çox qaz alan ölkə isə 99 milyard 300 milyon kubmetrlə Almaniya olub. Bu ölkənin ardınca, 82 milyard 500 milyon kubmetrlə ABŞ gəlir.


 
Sözügedən dövrdə qlobal bazarda ən çox LNG satışı edən ölkə 104 milyard 400 milyon kubmetrlə Qətər olub. Onun ardıca 56 milyard 800 milyonluq satışla Avstraliya gəlib.


 
Ötən il ən çox LNG tələbatı 108 milyard 500 milyon kubmetrlə Yaponiyadan olub. İkinci yeri, 43 milyard 900 milyon kubmetrlə Cənubi Koreya tutub.

 

Kəmərlərlə ən çox qaz ixrac edən ölkələr, satış miqdarı (kubmetr)


 
 Rusiya -190,8 milyard
 Norveç -109,8 milyard
 Kanada -82,4 milyard
 ABŞ - 60,3 milyard
 Hollandiya - 52,3 milyard


 
 Kəmərlərlə ən çox qaz idxal edən ölkələr


 
 Almaniya - 99,3 milyard
 ABŞ -82,5 milyard
 İtaliya -59,4 milyard
 Meksika -38,4 milyard
 Çin- 38 milyard


 
 LNG formasında ən çox qaz ixrac edən ölkələr


 
 Qətər - 104,4 milyard
 Avstraliya - 56,8 milyard
 Malayziya - 32,1 milyard
 Nigeriya - 23,7 milyard
 Bruney - 21,2 mlrd


 
 LNG formasında ən çox idxal edən ölkələr


 
 Yaponiya- 108,5 milyard
 Cənubi Koreya -43,9 milyard
 Çin -34,3 milyard
 Hindistan -22,5 milyard
 Tayvan  19,5 milyard

19.06.2017 11:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ