Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Bu il xəstəliklər olmayıb, bal boldur”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bu il xəstəliklər olmayıb, bal boldur”

Samux arıçıları iyunun sonunda bal süzümünə başlayacaqlar.

 

Reklam_3_11

Rayonun Yuxarı Ağasıbəyli və Aşağı Ağasıbəyli kəndlərinin arıçıları  bildiriblər ki, bu il arı məhsullarında yüksək məhsuldarlıq gözlənilir.

 

Arıçı Arif Qazıyev deyib ki, ötən illərdə arı ailələrində mövcud olan bir sıra xəstəliklər bu il müşahidə olunmayıb. Çünki arıçılar həmin xəstəliklərin qarşısının alınması üçün daha erkən tədbirlər görüblər.

 

“Dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət digər bölgələrdə olduğu kimi, Samux rayonunda da bu sahənin inkişafına səbəb olub. Hazırda rayonun bütün əkinəyararlı torpaqlarından istifadə edilir. Bu il ailə-fermer təsərrüfatlarında günəbaxan əkilməsinə üstünlük verilməsi kənd təsərrüfatının digər sahəsi olan arıçılığın da inkişafına səbəb olub”, - deyə Arif Qazıyev qeyd edib.

 

© Azərtac

19.06.2017 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ