İstirahət mərkəzlərindəki qiymətlər artıb

 

Artıq bir neçə ildir ki, yerli turizmdə xeyli canlanma müşahidə olunur. İş yorğunluğu və şəhərin səs –küyündən qaçmaq istəyən paytaxt sakinləri istirahət günlərində ölkənin müxtəlif bölgələrinə səfərlər planlaşdırır. Bunun ölkə turizminin inkişafında müsbət tərəfləri olsa da, görünən odur ki, təsiri qiymətlərdən yan keçmir. Belə ki, bir-iki il əvvəlki otel qiymətlərinə nəzər saldıqda aradakı fərqi açıq şəkildə görmək olar.

 

Otel və istirahət mərkəzlərinin ötən illərdə və bu il təklif etdiyi qiymətlərə nəzər saldıq. Kənd evlərində qiymətlər uyğun olsa da, otellərin təklif etdiyi rəqəmlər xeyli yüksəlib. 

 

Xızıda yerləşən Altıağac "Cənnət Bağı" istirahət mərkəzində ötən il 2 nəfər üçün səhər yeməyi daxil 1 otaqlı nömrələr 55-80 AZN-ə, 2 otaqlı nömrələri isə 100 AZN-ə tapmaq olurdusa, hazırda ən aşağı qiymət 80 manatdan başlayır. Lyuks otaqların qiyməti isə 170-240 AZN arasında dəyişir.

 

Analoji hal Qubada yerləşən “Bərpa SPA Mərkəzi”ndə də müşahidə olunur. Artıq 2 nəfərlik 1 otaqların qiyməti 60 yox, 80 AZN-dən başlayır.

 

Booking.com-da reputasiyası güclü otellərimizdən biri olan “El Resort” Qaxda fəaliyyət göstərir. Artıq otel 2 nəfərlik  1 otaq qiymətini 158 manata təklif edir.  Ötən illərdə isə bu qiymət 90-110 manat arasında dəyişirdi.

 

Nabranda “Ober-lux” istirahət və əyləncə mərkəzində əvvəl 3 dəfə yemək daxil 1 gecəlik xidmətdən 55 AZN-ə yararlanmaq olurdusa, hazırda həmin məbləğə yalnız səhər yeməyi daxil edilir.

 

Hazırda ən çox üz tutulan otellərdən biri Qafqaz Tufandag Mountain Resort otelinə 24 saat ərzində 39 rezervasiya olunub. Onun nəticəsidir ki, yay ayları üçün Qəbələdə fəaliyyət göstərən bir çox oteldə yer tapmaq qeyri-mümkündür. Boş otaqlar üçün qiymətlər 120-160 manat arasında dəyişir.

 

Bundan başqa, şəhərdə 300- 450 manat arasındakı qiymətlərə bir gecəlik villalar da təklif olunur.  

 

Müxtəlif bölgələrdə bir gecəlik qiymətlər isə bu cür dəyişir:

 

Naftalan sanatoriyası: 30 manat

 

Şəki Cənnət bağı: 50 manat

 

Quba istirahət mərkəzi: 20-40 manat

 

Şəki-Qax kəndlərində ev kirayələyən zaman adambaşına düşən məbləğ: 10-15 manat

 

İsmayıllı rayonunun müxtəlif kəndlərində 5-10 nəfərlik evlər verilir ki, qiymət 60-100 manat arası dəyişir. Lahıc qəsəbəsində isə ailələrin qala biləcəyi evlər 30-40 manat arasında dəyişir. 

 

Altıağacda günlük qiyməti 25 manata 5 nəfərlik həyət evləri təklif edilir. Bu zaman adambaşına düşən məbləğ cəmi 5 manat olur.

 

© Qafqazinfo

19 İyun 2017, 16:22   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin