Nazirin iştirakı ilə “Nağdsız hesablaşmalar" müzakirə ediləcək

 

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər qurumların üzvləri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Vergilər Nazirliyinin rəhbərliyi arasında görüş keçiriləcəkdir.

 

Marja”nın əldə etdiyi məlumata agörə, görüş “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlərin müzakirəsi məqsədilə keçiriləcək.

 

Tədbir 21 iyun 2017-ci il tarixində Hyatt Regency Baku otelinin “Quba” zalında baş tutacaq.

 

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin, iqtisadiyyat nziri cənab  Mustafayevin,  Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının iştirak edəcəyi gözlənilir.

19 İyun 2017, 16:42   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]