2.54 santimetr üçün 136 milyon dollar xərclənəcək

8 848 metr hündürlüyü ilə Dünyanın ən hündür dağı olan Everest bir düym, yəni 2.54 santimetr geri çəkilmiş kimi görünür.

 

"Marja" xəbər verir ki, bu barədə "Sentinel-1A" radar peyki tərəfindən əldə edilən görüntülərə əsasən məlumat verilir.  

 

Everest Dağının, 2015-ci ildə Nepalda meydana gələn və 8 mindən çox insanın həyatını itirməsinə səbəb olan 7.8 gücündəki zəlzələ səbəbilə qısaldığı güman edilir. Alimlər bu səbəblə zirvəni yenidən ölçməyə başlayıblar.

 

136 MİLYON DOLLARLIQ BÜDCƏ

 

Everest dağında aparılacaq araşdırmalar  iqlim dəyişikliyilə bağlı da mühüm məlumatlar təmin edəcək. 

 

Himalayın yerli xalqı olan və Sherpa adı verilən etnik qrup da araşdırmalar üçün maarifləndirilir. Sherpalar, eyni zamanda düşərgə sahəsindən zirvəyə avadanlıq daşınmasına kömək edəcəklər.

 

Nepal hökuməti, layihə üçün ilk etpata 19.4 milyon dollar ayırıb və lazımolduğu təqdirdə araşdırmanı maliyyələşdirməkdə davam edəcək. "Katmandu Post"un xəbərinə görə, ümumi xərcin 136 milyon dollar olması gözlənilir.

19 İyun 2017, 17:51   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az