Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Amazon-un səhminin dəyəri rekord qırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amazon-un səhminin dəyəri rekord qırdı

Nyu-York birjasında əməliyyat görən Amazon-un səhmləri cümə gününü 987,71 dollardan bağlamasının ardından, dünən 3 faiz artaraq 1017,00 dollara qədər yüksəlib.


 
Beləliklə, şirkətin səhmləri tarixdə ikinci dəfə min dolların üzərinə çıxaraq yeni bir rekord qırıb, şirkətin bazar dəyəri də 498 milyard dollara çatıb.


 
"Marja" xəbər verir ki, şirkətin 1 səhminin dəyəri 30 Mayda ilk dəfə min dolların üzərinə qalxaraq 1001,20 dollar olmuşdu.


 
 Mütəxəssislər, cümə günü Amazon-un ölkənin ən böyük qida sahəsində pərakəndə şəbəkələrindən olan "Whole Foods"u 13,7 milyard dollara satın alacağını bildirməsinə işarə edərək, \Amazon-un pərakəndə nəhəngi "Walmart"ı ərzaq sahəsində geridə qoya biləcəyini ifadə edirlər.


 
 ABŞ-ın "Needham & Company" şirkətinin aprel ayında dərc etdiyi araşdırma hesabatına görə, 2016-da Amerikanın pərakəndə sektorunda 34 faiz payı olan Amazon-un sektordakı bazar payının 2021-ci ildə  50%-ə çıxacağı ehtimal edilir.


 
 Apple, Google-ın baş təşkilatı Alphabet və Microsoft-dan sonra Amazon dünyanın ən dəyərli 4-üncü şirkətidir.

20.06.2017 05:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ