Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABŞ və Liviyada artan hasilat neftin bahalaşmasına mane olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ və Liviyada artan hasilat neftin bahalaşmasına mane olur

Çərşənbə günü ABŞ-da Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı neft ehtiyatları göstəricisinin, ötən həftə 1.2 milyon barrel aşağı düşməsi gözlənilir. 


Digər tərəfdən, Liviyanın neft hasilatı, "Wintershall AG"-nin ən az iki sahədə istehsala yenidən başlaması ilə əlaqədar olaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb.


 
ABŞ-da da neft istehsalı artır. Bu, Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) və tərəfdaşlarının hasilatlarını azaltmalarının müsbət təsirini silir. 
 

Analitklər bildirirlər ki, yüksək ehtiyatlar və artan hasilat, neft qiymətlərinin dayanaqlı yüksəlməsi üçün əngəl yaradır.  Həmçinin 45 dollar ətrafındakı qiymətlər, ABŞ-da istehsalın yenidən azalmasına kömək edə bilər.


 
Bakı vaxtı ilə saat 07:50-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 44.19 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında  46.99 dollardan alıcı tapıb.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Nazir: IV rübdə neft bazarında tarazlıq yaranacaq

 

"Neft bazarı düzgün istiqamətdə irəliləyir. Lakin onun tarazlanması üçün zaman lazımdır". Bu açıqlamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Londonda yerləşən "Asharq al-Awsat" qəzetinə verib.

 

"Hesab edirəm ki, fundamental bazar amilləri doğru istiqamətdə irəliləyir. Amma, son illərdə yığılan artıq neft ehtiyatları səbəbindən aldığımız qərarın effektivliyi üçün zaman lazımdır. Cari proqnozlar şist neft hasilatını da nəzərə alaraq onu deməyə imkan verir ki, ilin son rübündə tarazlıq bərpa olunacaq", - deyə nazir qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl tarazlığın 2017-ci ilin ortalarında yaranacağı bildirilmişdi.

 

X.əl-Falih Liviya və Nigeriyadakı hasilat artımının OPEC-in hasilatın azaldılması ilə bağlı qərarına təhlükə yaratmayacağını bildirib. Qeyd edək ki, Liviya və Nigeriyada hasilatın artması səbəbindən mayda OPEC-in hasilatı 336 min barel/gün artım göstərib.

20.06.2017 05:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ