Ən yuxarı (mobil)-2_30

Azərbaycanda lüks əşyaların satışından 1 milyon manatdan çox qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda lüks əşyaların satışından 1 milyon manatdan çox qazanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda lüks əşyalar pərakəndəçisi “Italdizain” QSC 2015-ci ili 1 milyon 157 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2014-cü illə müqayisədə QSC-nin xalis mənfəəti 27% azalıb. “Italdizain” 2014-cü ildə 1 milyon 594 min manat xalis mənfəət əldə etmişdi.

 

2015-ci ildə “Italdizain”ın satışdan cəmi gəlirləri 56 milyon 174 min manat təşil edib. Bu, 2014-cü illə müqayisədə 23% çoxdur.

 

56 milyon 174 min manat gəlirin 50 milyon 115 min manatı malların dəyəri olub. 133 min manat digər daxilolma daxil QSC-nin xalis gəliri 6 milyon 192 min manat təşkil edib. Şirkət işlərin aparılmasına 4 milyon 853 min manat inzibati xərc çəkib, bundan başqa 182 min manat mənfəət vergisi ödəyib. Nəticədə şirkətin 1 milyon 157 min manat xalis mənfəəti qalıb.

 

31 Dekabr 2015-ci il tarixinə “Italdizain” 13,08 milyon manat cəmi aktivlərə, 8,25 milyon manat öhdəliklərə,  4,84 milyon manat cəmi kapitala malik olub.

 

Küks əşyalar pərakəndəçisi Italdizain Group  özündə 5 istiqaməti birləşdirir: Mebel, qab-qacaq, tekstil, keramika, zərgərlik məmulatları və saat. Holdinq 27 salon  və butikə malikdir.

27.12.2016 09:05

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ