Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bu proqnoz reallaşsa 2010-dan bu yana ən yüksək artım olacaq -QLOBAL İQTİSADİYYAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu proqnoz reallaşsa 2010-dan bu yana ən yüksək artım olacaq -QLOBAL İQTİSADİYYAT

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", qlobal iqtisadiyyatın bu il 2,9 faiz, gələn il 3,1 faiz artcağının nəzərdə tutulduğunu bildirib.


 
"Marja" xəbər verir ki, "Fitch Reytings"in hazırladığı iyun ayı "Qlobal İqtisadi Proqnozlar" hesabatında qlobal inkişafın gücləndiyi bildirilib, artım sürətinin 2017 və 2018-ci illərdə daha da artmasının təxmin edildiyi qeyd olunub.


 
 İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda irəliləyişlərin qlobal iqtisadi artıma səbəb olacağı, inkişaf etmiş ölkələrdə makroiqtisadi siyasətlərin və artan məşğulluğun  tələbat artımını dəstəkləyəcəyi vurğulanıb.


 
Bundan başqa, 2016-ci ilin əvvəlindən bu yana əmtəə qiymətlərində möşahidə edilən toparlanmanın inkişaf etməkdə olan bazarlarda tələb yaradacağına diqqət çəkilib.


 
Qlobal iqtisadiyyatın keçən il 2,5 faiz artdığı, həmin nisbətin bu il 2,9 faiz, gələn il də 3,1 faiz olmasının gözlənildiyi ifadə edilib. 2018-ə dair proqnozunun reallaşacağı təqdirdə isə bunun 2010-dan bu yana  ən yüksək illik artım sürəti olacağı məlumatına yer verilib.


 
 Çin və İngiltərənin iqtisadi artımlarında azalma gözlənilir


 
 Keçən il  1,6% nisbətində olan inkişaf etmiş iqtisadiyyatlarda böyümə nisbətinin bu il 1,8 faiz, gələn il 2 faiz olması təxmin edilərkən, 2016-da 4,3 faiz böyümə qeyd edən inkişaf etməkdə olan ölkələrin 2017 və 2018-də 4,9 faiz nisbətlərində genişlənməsinin gözlənildiyi vurğulanıb.


 
Keçən il 1,6 faiz artan ABŞ iqtisadiyyatının 2017-də 2,1 faiz, 2018-də 2,6 faiz artacağının nəzərdə tutulduğu qeyd edilib, 2016-da 1,8 faiz artan Avro bölgəsinin bu il 2 faiz, gələn il 1,8 faiz artacağının təxmin edildiyi qeyd edilib.

 

0% KREDİTLƏ OFİS MEBELİ!


 
Digər tərəfdən, hesabatda Çin və İngiltərənin artım nisbətlərinin düşməsinin gözləndiyi məlumatına yer verilib.


 
Keçən il 6,7% böyüyən Çin iqtisadiyyatının bu il 6,5%, gələn il 5,9% artacağının nəzərdə tutulduğu, 2016-da 1,8 faiz artan Böyük Britaniya iqtisadiyyatının 2017-də 1,5 faiz, 2018-də1,3 faiz artacağının təxmin edildiyi qeyd edilib.

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

20.06.2017 06:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ