Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan məhsulları bu ölkədə yüksək qiymətə satıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məhsulları bu ölkədə yüksək qiymətə satıla bilər

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Bəhreyn Krallığına işgüzar səfərdə olub.

 

"Marja" xəbər verir ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndə heyəti və azərbaycanlı sahibkarlar səfər çərçivəsində Bəhreyn Krallığının paytaxtı Manama şəhərinin market şəbəkələrinə baş çəkərək ərzaq məhsullarının daxili bazar qiymətlərini araşdırıblar.

 

“Carrefur” və digər satış şəbəkəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, daxili bazarda meyvə və tərəvəz, habelə digər ərzaq məhsullarının qiyməti Azərbaycanla müqayisədə dəfələrlə baha olması ilə bərabər keyfiyyət baxımından da qənaətbəxş deyildir. Bu məqsədlə də, Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarının ixracı mümkündür.Logistika imkanları formalaşarsa Bəhreyn bazarlarında Azərbaycan məhsulları yüksək qiymətə satıla və tez bir zamanda keyfiyyət göstəricilərinə görə bazarda rəqabət yarada bilər.

 

Məhsulların Körfəz ölkələrinə daşınması üçün  Azərbaycanda Logistika Mərkəzinin tikintisi nəzərdə tutulur. Bəhreynin “Mumtalakat Holding”i və “Arcapita” İnvestisiya Fondu layihədə iştirak etməkdə maraqlıdır.

20.06.2017 09:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ