Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Gələcəkdə dövlət onları üzərinizə göndərəcək" - SAHİBKARLARA XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gələcəkdə dövlət onları üzərinizə göndərəcək" - SAHİBKARLARA XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan hökuməti çalışır ki, vətəndaşların pensiya hüquqları indidən pozulmasın. Həmin şəxslər gələcəkdə onlara düşməli olan pensiyanı ala bilsinlər.

 

Bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşdə deyib.

 

Ə.Əhmədov bildirib ki, sahibkarlarla görüşün məqsədi də ondan ibarətdir ki, müzakirələr aparıb bu vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülsün:

 

“Əks halda, gələcəkdə vəziyyət belə olacaq. Siz bu gün işlədib sosial ödənişlərini ödəmədiyiniz insanları gələcəkdə dövlət sizin üzərinizə göndərəcək ki, vaxtında onların pensiya haqqını ödəməmisiniz. Onda bu şəxslər sizi məhkəməyə verəcək. Belə olan halda çox gərgin vəziyyət yaranacaq. Ona görə də dövlət çalışır ki, indidən bu problemlərin qarşısını alsın. Hökumətin istəyi və tələbi ondan ibarətdir ki, sahibkarlar çalışdırdığı insanların əmək hüquqlarını tam təmin etsinlər, həm bu günkü haqlarını, həm də gələcəkdə istifadə etməli olduqları pensiya hüquqlarını təmin etsinlər”.

 

© Trend

20.06.2017 09:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ