Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Torbada pişik var" - Azərbaycanda “KPMG” ittiham olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Torbada pişik var" - Azərbaycanda “KPMG” ittiham olunur

"Bank Standard"ın kreditorları “KPMG AUDİT”lə bağlı şübhələrə görə Hollandiyadakı baş ofisə müraciət edib.

 

Bu barədə bankın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov məlumat verib. O bildirib ki, audit şirkəti vurulan zərərin əvəzini ödəməli, aldığı muzdu geri qaytarmalıdır. 


Müraciətdə bildirilib ki, "Bank Standard"ın son illər ərzində kənar auditoru olmuş KPMG-nin də bankın müflisləşməsində rolu kreditorlar komitəsi tərəfindən təhqiq olunur və təqsiri müəyyən olunsa, kreditorlara vurulan zərərin əvəzi ondan da tələb olunacaq. Şübhələrimiz həmçinin ona görə böyükdür ki, digər iri müflis bankın - "Texnikabank"ın da kənar auditoru məhz KPMG olub. Ən başlıcası isə bank müflis elan olunandan sonra Əmanətlərin Sığortalanması Fondunun sifarişi ilə məhz KPMG "Bank Standard"ın qalıq əmlakını qiymətləndirib. Bu isə ən azı qeyri-etik və maraqlar konflikti yaradan haldır:” İllər boyu bankın kənar auditoru olmuş KPMG bu qiymətləndirmə zamanı nə dərəcədə obyektiv ola bilərdi? Şübhəni artıran həmçinin odur ki, Fond bu qiymətləndirmənin tam mətnini Kreditorlar Komitəsinə təqdim etməkdən imtina edir. Deməli, torbada pişik var! Buna görə də KPMG-dən bu qiymətləndirmə üçün kreditorların hesabına Fonddan aldığı muzdun geri qaytarılmasını tələb edirik”.

 

Ə.Həsənov bildirib ki, KPMG dünyanın aparıcı auditor "dördlüyünə" daxildir. Vaxtilə həmin "dördlük" "beşlik" idi və ora "Arthur Andersen" kimi dələduz audit şirkəti də daxil idi ki, yoxladığı iri şirkətlər sonradan müflis olurdu: “KPMG də bu yolu gedir. Ümid edirəm ki, KPMG-nin baş ofisi Bakıdakı qurumunun necə fəaliyyət göstərməsindən xəbərsizdir və vaxtında zəruri tədbirlər görərək qlobal rüsvayçılıqdan canını qurtara biləcək”.

 

Ə.Həsənov əlavə edib ki, bankın kreditorları bankın müflisləşməsində təqsiri olan hər bir şəxsin məsuliyyətə cəlb olunmasını sonadək tələb edəcək.

 

© Fins

20.06.2017 10:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ