Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İyunun 21-nə hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İyunun 21-nə hava proqnozu açıqlandı

İyunun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz  24-28° isti, Bakıda gecə  18-20° isti, gündüz  26-28° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 23-dək Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü fonunda gündüz komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz  26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.  

 

20.06.2017 10:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ