Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

100 illik istiqraz buraxıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
100 illik istiqraz buraxıldı

Argentina 2,75 mlrd. ABŞ dolları həcmində 100 illik beynəlxalq istiqraz emissiyasının yerləşdirilməsini uğurla həyata keçirib. "Reuters" agentliyi xəbər verir ki, istiqrazlara tələbat emissiya həcmindən 3,5 dəfə çox olub. Bu, istiqrazların gəlirliliyinin 7,9% kimi yüksək həddə təklif edilməsi ilə bağlıdır.

 

Reklam_3_11

Argentinanın beynəlxalq maliyyə bazarlarından borclanmasına səbəb onun ÜDM-in 4,2%-nə çatan büdcə kəsirini maliyyələşdirməkdir. Ölkənin maliyyə naziri Luis Kaputo bildirib ki, Argentina bu il daha 2,6 mlrd. dollarlıq istiqraz yerləşdirəcək. Yeni istiqrazların avro, yen və ya İsveçrə frankında olması gözlənilir.

 

Argentinanın istiqrazlarına yüksək tələb maliyyə bazaları analitiklərini təəccübləndirib. Belə ki, Argentina kreditorları ilə 2001-ci ildə yaranan mübahisəni yalnız 2016-cı ildə bitirib. "Puma Investors" investisiya şirkətinin icraçı direktoru Xorxe Pyedraxitanın sözlərinə görə, Argentinanın tarixində elə bir 20-illik dövr yoxdur ki, ölkə defoltla üzləşməsin.

 

© Report

20.06.2017 11:14

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ