Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Gənclər narkotiklərə YOX deyirlər!” mövzusunda yürüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gənclər narkotiklərə YOX deyirlər!” mövzusunda yürüş keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan  “İnsan ekologiyası : Gənclər narkotiklərə YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihəyənin icrası uğurla başa çatıb.

 

İctiami Birlikdən verilən məluumatda  qeyd olunur ki, aprel ayından   icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lənkəran və  Astara  rayonlarının  seçilmiş məktəblərində  iki mərhələdə həyata keçirilib.

 

Layinənin birinci mərhələsi  çərçıvəsində Lənkəran şəhər 8 saylı tam orta məktəbi və Astara rayonu Suparibağ kənd orta  məktəbinin  yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminarlar təşkil olunub.

 

Tədbirlərdə çıxış edən natiqlər- «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayev, layihə üzrə ekspert Zəfər Miriyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənub regionu üzrə 1 saylı Ərazi bölməsinin mütəxəssisi Ramin Quliyev, eləcə də, Lənkəran şəhər 8 saylı tam orta məktəbin direktoru Aslan İbrahimov , Astara rayonu Suparibağ kənd orta məktəbinin direktoru Nazənin Məmmədova  müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu problemlə mübarizənin bir o qədər asan olmadığını bildiriblər.  

 

Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş narkomaniya Azərbaycan vətəndaşlarından da yan keçməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə aydın olur ki, narkotik  vasitə istifadəçilərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Mütəxəssislərin fikrincə  onları təsir altına salmaq daha asan olur. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur ki,  bu sahədə  təbliğatın, məlumat xarakterli fəaliyyətlərin böyük  rolu vardır.  Hər iki  məktəbdə təşkil olunan seminarlarda fəal iştirak edən məktəblilərdən ibarət qruplar yaradılıb və onlar layihənin ikinci mərhələsindəndə iştirak etmək üçün seçiliblər. Layihənin ikinci mərhələsi –məktəblilərin yürüşü  Lənkəran-Astara mağistral avtomobil yoiunun kənarında  gerçəkləşib.  Əyinlərində üzərində  “Narkotiklərə YOX!”  yazısı olan mayka və papaq geymiş, əllərində  “Gənclər narkotiklərə YOX deyirlər!” plakatı və  dövlət bayraqlarını tutmuş gənclər yol boyu yürüş edərək, “Narkotiklərə YOX deyirik!”, “Biz sağlam həyat tərzin seçirik!”  və s. şüarlar səsləndirməklə daha çox insanın diqqətini  əsrin bəlasına çevrilmiş narkomaniyaya qarşı birgə mübarizəyə çəkməyə çalışıblar. Məktəblilərin yürüşü  yol bolu hərəkət edən avtomobil sürücüləri, eləcə də ətraf kəndlərin sakinləri tərəfindən maraqla qarşılanıb. Yürüşü seyr edən vətəndaşlar gənclərlə həmrəy olduqlarını ifadə ediblər. Eyni zamanda  məktəblilər onlara  narkotiklərlə mübarizəyə dair məlumat xarakterli materiallar da  paylayıblar.

19.06.2017 12:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ