AGBank məhsul çeşidlərini təkmilləşdirdiyini elan etdi
AGBank məhsul və xidmət çeşidlərini təkmilləşdirir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, məhsulları sırasında ən unikal təkliflərdən biri əmanətlərdir.
“Zəngin gələcək”
AGBank, “zəngin olmaq haqqınızdır” şüarı altında övladlarımız üçün “Zəngin gələcək” adlı əmanət məhsulunu təqdim edir. Körpəmiz ilk addımlarını edəndə artıq, onu parta arxasında, diplomu əlində ali məktəb məzunu, peşə sahibi, uğurlu iş adamı kimi təsəvvür edirik. AGBank-ın təqdim etdiyi “Zəngin gələcək” uşaq əmanəti ilə təsəvvürlər gerçək ola bilər. “Zəngin gələcək” əmanəti üzrə minimal məbləğ 100 AZN/USD təşkil edir, illik faiz dərəcəsi isə manatla açılmış hesab üçün 8%, ABŞ dolları ilə açılmış hesab üçün 5%-dir. Minimum 24 ay, maksimum 216 ay (18 il) müddəti olan əmanət üzrə faizlər əmanətin müddəti başa çatdıqdan sonra ödənilir.
Övladlarımızı dövrümüz üçün deyil, onların dövrü üçün yetişdirək!
Sığortalı əmanət
Bu əmanət növü istənilən məbləğ ilə bankda depozit açdıqdan sonra, hesaba aylıq əlavələr etməklə həmin məbləği artırmaq fürsətini yaradır. Sığortalı əmanəti üzrə minimal məbləğ 100 AZN/ 100 ABŞ təşkil edir, faiz dərəcəsi isə illik AZN ilə 15%, ABŞ dolları ilə 3 %-dir.
Yüksək gəlir əmanəti
“Yüksək gəlir” adlı əmanət növü ilə fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edir. Əmanət növünün faiz dərəcəsi 18%-dir və bank sizə minimum 12 ay, maksimum 24 ay müddətlə 100 AZN başlayaraq istədiyiniz məbləğdə depozit yerləşdirmək imkanı verir.
"İlin 5-ci fəsli"
“İlin 5-ci fəsli” əmanət növündən yararlanmaqla siz, 3 ayın faizlərini əvvəlcədən əldə edə bilərsiniz. Əmanətləri bir il müddətinə AZN, ABŞ Dolları və Avro valyutasında yerləşdirmək mümkündür. İllik faiz dərəcəsi isə 15 %-dir.
Məbləğdən asılı olaraq əmanət hesabı açan şəxsə pulsuz plastik kart, AGClub endirim kartı və SMS bankinq xidmətinə qoşulma təklif olunur.
Eyni zamanda AGBank-da yerləşdirilən əmanətlər, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır.
1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
20 d. əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
2 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
4 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb