Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çin şirkəti yüklərini Azərbaycandan daşıyacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin şirkəti yüklərini Azərbaycandan daşıyacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Dəmir Yolları" QSC-də Çinin "Çendu beynəlxalq dəmir yolu" MMC-nin baş direktor müavini Zhahg Jingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.


QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ("Orta dəhliz"), Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib.

Reklam_3_11



C.Qurbanov bildirib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bütün imkanlar səfərbər olunub. Cəmiyyət sədri Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşıda duran işlər müzakirə olunub.



Z. Jing Çin məhsullarının Şərqi Avropaya, Yaxın Şərq ölkələrinə, habelə Türkiyə və Gürcüstana çatdırılması üçün Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən yararlanmaqda maraqlı olduqlarını bildirib.

20.06.2017 16:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ