Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bankirlər yenidən Xalid Əhədov və Cəlal Qasımovu seçdilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankirlər yenidən Xalid Əhədov və Cəlal Qasımovu seçdilər

20 iyun 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclasında Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında iştirakçı bankların nümayəndələrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Şuraya ABA tərəfindən üzvlər təyin edilmişdir.

 

Seçkidə 22 bank iştirak etmişdir.

 

Səsvermə nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov və “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yenidən üzv təyin olunmuşlardır.

 

Qeyd etmək lazımdır ki, iştirakçı bankların nümayəndələri onların yarısından çoxunun iştirakı ilə maliyyə bazarlarına nəzarət orqanın təşəbbüsü əsasında keçirilən yığıncaqda gizli səsvermə qaydasında iştirakçıların sadə səs çoxluğu ilə seçilir.

 

Himayəçilik Şurası Əmanətlərin Sığortalanması Fondunun ali idarəetmə orqanıdır. 7 nəfərdən ibarət olan Şuranın tərkibinə Mərkəzi Bankın 3, müvafiq icra hakimiyyəti orqanlarının 2 və iştirakçı bankların 2 nümayəndəsi daxildir. Himayəçilik Şurası Fondun təşkilati strukturunu, fondun illik büdcəsini, fondun qaydalarını təsdiq edir və qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri yerinə yetirir.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilmişdir. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

21.06.2017 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ