Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Arıçılar bu ödənişdən azad edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Arıçılar bu ödənişdən azad edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Nazirlər Kabineti “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə dəyişiklik edib.

Reklam_3_11

 

Bu Qayda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər (təbiət istifadəçisi) tərəfindən beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadənin ödənişlərinin əsaslarını və ödənişin məbləğini müəyyən edir.

 

Qaydaya əsasən indiyə qədər arı pətəklərinin (ailələrinin) xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşdirilməsinə görə hər arı pətəyi (ailəsi) üçün 1 manat aylıq ödəniş tələb edilib. Dəyişikliyə əsasən bu ödəniş ləğv edilib. Başqa sözlə, bundan sonra arı pətəklərinin (ailələrinin)  xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşdirilməsinə görə sahibkarlardan ödəniş tələb olunmayacaq.

21.06.2017 07:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ