Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL ən yaxşı 71-ci aviaşirkətdir - REYTİNQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL ən yaxşı 71-ci aviaşirkətdir - REYTİNQ

"Qatar Airways" aviaşirkəti yüz ən yaxşı aviadaşıyıcı arasında birinci yeri tutaraq "World Airline Awards" mükafatına layiq görülüb.

 

Qətər aviaşirkəti bir neçə nominasiyada, o cümlədən "Ən yaxşı biznes-klass" və "Yaxın Şərqin ən yaxşı aviaşirkəti" nominasiyalarında mükafat alıb. Şirkət ötənilki reytinqdə 2-ci yerdə qərarlaşmışdı.

 

Siyahıda ilk üçlükdə Sinqapurun "Singapore Airlines" və Yaponiyanın "All Nippon Airways" aviaşirkətləri qərarlaşıb.

 

Türkiyənin "Turkish Airlines" şirkərti 12-ci (ötən il 7-ci) , Rusiyanın "Aeroflot"u isə 30-cu yerdə (ötən il 40-cı) qərarlaşıb.

 

2016-cı ildə reytinqin lideri olmuş "Emirates" aviaşirkəti bu il 4-cü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, sonuncu yerdə Meksikanın "Aeromexico" aviaşirkəti qərarlaşıb.

 

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2017-ci il üzrə dünyanın ən yaxşı 100 aviaşirkəti arasında 71-ci yeri tutub.

 

© Trend, Report

21.06.2017 07:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ