Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

"Başak İnam" "Zaminbank"ın payını əldə etmək iqtidarında deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Başak İnam" "Zaminbank"ın payını əldə etmək iqtidarında deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Zaminbank" ASC-yə məxsus təsisçi payının realiziyasiya edilməsi və vəsaitlərin bankın ləğv hesablarına köçürülməsi barədə 25 avqust 2016-cı il tarixdə "Başak İnam" sığorta şirkətinə rəsmi müraciət edilib.

 

Fonddan verilən məlumata görə, bu günə kimi bununla bağlı sığorta şirkəti tərəfindən hər hansı tədbir görülməyib. Fonddan o da bildirilib ki, nizamnaməyə uyğun olaraq sığorta şirkəti səhmləri əldə etməyib.

 

"Şirkətin səhmdarlarının 2016 və 2017-ci ildə keçirilən ümumi yığıncaqlarında bu məsələ bir daha səhmdarların diqqətinə çatdırılıb və onlar tərəfindən "Zaminbank"ın səhmlərini əldə etmək iqtidarında olmadıqları bildirilib", - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, ləğv prosesində olan "Zaminbank" ASC "Başak İnam" sığorta şirkətinin 24,4% və ya 1 mln. 697 min manat məbləğində səhminə malik olmaqla səhmdarıdır.

 

© APA

21.06.2017 09:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ