Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Leysan yağacaq, dolu düşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Leysan yağacaq, dolu düşəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 22-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 18-20° isti, gündüz  22-25° isti, Bakıda gecə  18-20° isti, gündüz  23-25° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət  80-90 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 15-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

21.06.2017 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ