Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Gübrə 5 ayda 11 milyon dollar aparıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gübrə 5 ayda 11 milyon dollar aparıb

 

2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana 37 min 953,2 ton mineral gübrə idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,3 dəfə çoxdur.

 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri 10 mln. 886,9 min dollar (artım 3,2 dəfə) təşkil edib”, - deyə məlumatda bildirilir.

 

Bundan başqa, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana 1 mln. 309,4 min dollar dəyərində (azalma 73%) 7 min 150,9 ton sement və klinker (azalma 92,1%) idxal edilib.

 

Hesabat dövründə respublikaya 7 mln. 569,5 min dollar dəyərində (azalma 35,7%) 6 min 694,5 ton (azalma 30,8%) polietilen idxal edilib.

 

Yanvar-aprel aylarında Azərbaycana 54 mln. 560,5 min dollar dəyərində 88 min 813,7 ton metalyayma məhsulu (artım 6,3%), 15 mln. 25,9 min dollar dəyərində 27 min 490,7 ton qara metaldan hazırlanan çubuqlar (artım 0,3%), 8 mln. 127 min dollar dəyərində 11 min 814,9 ton qara metaldan hazırlanan günyə (artım 38,4%), 41 mln. 66,9 min dollar dəyərində 27 min 462,4 ton qara metaldan hazırlanan boru (azalma 74,6%) idxal edilib. 

 

© “İnterfaks-Azərbaycan” 

21.06.2017 09:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ