Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Banklara və sahibkarlara müjdə: Operativ tədbirlər görüləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklara və sahibkarlara müjdə: Operativ tədbirlər görüləcək

21 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəhbərliyi arasında görüş keçirilib.

 

ABA-nın məlumatına görə, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABA-nın prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov,  ASK-nın prezidenti Məmməd Musayev, Vergilər nazirinin müavini İlkin Vəliyev və kommersiya banklarının nümayəndələri iştirak ediblər.

 

Görüş nağdsız hesablaşmalar sahəsində mövcud vəziyyətin (yaranmış çətinliklərin) müzakirəsi məqsədi ilə təşkil edilib.

 

İclasda 100-ə yaxın sahibkar  və müxtəlif assosasiya nümayəndələri də iştirak edib. Onların sualları cavablandırılıb və bəzi məsələlərin həlli üçün qeydlər aparılaraq operativ həlli ilə bağlı tədbirlər görüləcəyi nəzərə çatdırılıb. 

 

Qeyd edək ki, hesabdan vəsaitin nağdlaşdırılmasına limitlər tətbiq edilməsi, müştəriyə pul köçürən şirkətin dövlət müəssisəsi olub-olmamasının yoxlanması, biznes kartlar ilə nağdlaşdırmanın dayandırılması və s. bankların və sahibkarların işini çətinləşdirir. 

21.06.2017 12:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ