Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft Fondu yerli banklara depozit yatıracaq?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu yerli banklara depozit yatıracaq?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“ARDNF-nin yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər”.

 

Reklam_3_11

 Bunu Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov bildirib.

 

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”ın 3.3. bəndinə əsasən Fond investisiya portfelinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanına malikdir. Hazırda, ARDNF-nin yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər.

Depozitin yerləşdirilmə şərtlərinə gəldikdə isə qeyd etmək istərdik ki, bu vəsait bankda illik 4% olmaqla 1 il müddətinə yerləşdirilib. Faiz dərəcələrinin formalaşdırılması və maliyyə əməliyyatlarının həyata keçirilməsi şərtlərinin yaranmasında ölkənin makroiqtisadi göstəriciləri, maliyyə sahəsinin inkişaf səviyyəsi, aktivlərin həcmi, kredit reytinqi və s. əhəmiyyətli rol oynayır. Təbii ki, bu göstəriciləri nəzərə almadan gəlir barədə danışmaq bir qədər düzgün yanaşma sayılmaz və bu səbəbdən də biz müxtəlif banklarda depozit yatırımlarını sırf gəlirlilik baxımından müqayisə edə bilmərik”,- o deyib.

 

Qeyd edək ki, Neft Fondu Beynəlxalq Banka 1 milyard dollar depozit yatırıb.

27.12.2016 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ