Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni dövr; Əvvəl yoxla, sonra ödə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni dövr; Əvvəl yoxla, sonra ödə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın e-ticarət nəhəngi Amazon, "Prima Wardrobe" adı ilə istifadəçilərin əvvəl geyim məhsullarını evlərində geyinib yoxlaya biləcəkləri, sonra istədikləri halda pulunu ödəyəcəkləri yeni bir xidməti istifadəyə verməyə hazırlaşır. Artıq xidmətin sınaqlarına başlanıb.
 
"Marja" Amazon-dan verilən məlumata istinadən xəbər verir ki, istifadəçilər internet üzərindən geyim, ayaqqabı və aksessuar kateqoriyalarından istədikləri ən az üç məhsulu seçə biləcəklər.
 

Məhsulların karqo ilə təhvilindən sonra istifadəçilərə məhsulları sınamaq üçün 7 gün vaxt veriləcək. İstifadəçilər xoşlamadıqları məhsulları ekstradisiya edə (geri qaytara) biləcəklər, sadəcə, bəyəndikləri məhsulların pulunu ödəyəcəklər. Beləliklə, insanların geyim məhsullarını satın almadan əvvəl yoxlamaları təmin olunacaq.



Qadın, kişi, uşaq və körpələr üçün 100 milyondan artıq məhsul bu xidmət çərçivəsində olacaq. Calvin Klein, Hugo Boss, Lacoste, Adidas və Levi's  kimi dünyaca məşhur markaların məhsullarından da seçim edilə bilinəcək.


 
İstifadəçilər sifarişlərində məhsulların 3 və ya 4-ünü əllərində saxlamaları halında 10 faiz, 5 və ya daha çox məhsulu bəyənmələri halında isə 20 faiz güzəşt qazanacaq.


 
Şirkətin tezliklə başlayacağı bu xidmətdən Amazon Prima üzvləri pulsuz istifadə edəcəklər.


 
 Mütəxəssislər, Amazon-un ötən həftə ölkənin ən böyük ərzaq pərakəndə şəbəkələrindən biri olan "Whole Foods"u 13,7 milyard dollara satın alma müqaviləsinə işarə edərək, e-ticarət nəhənginin indi də geyim sektorundakı payını artırmağı hədəf seçdiyini bildirirlər.

21.06.2017 12:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ