Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Manata təzyiq artsa da, bu il məzənnə sabit qalacaq" - PROQNOZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manata təzyiq artsa da, bu il məzənnə sabit qalacaq" - PROQNOZ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyada ABŞ dollarının məzənnəsinin son bir həftə ərzində 6% yüksələrək 60 RUB/USD kritik həddini ötməsi manat üzərində müvəqqəti təzyiqlər yaradır.

 

Analitiklər bildirir ki, Rusiyada rublun ucuzlaşması manatın real effektiv məzənnəsini artıraraq ölkəyə idxalı gücləndirə bilər.

 

Xatırladaq ki, manatın real effektiv məzənnəsi may ayının 1-nə 95,6 bənd təşkil edib. Analitiklər manatın real effektiv məzənnəsinin 85-90 bənd diapazonunda olmasını qənaətbəxş hesab edirlər.

 

Bununla yanaşı, təhlilləri göstərir ki, Rusiyada dolların məzənnəsi kəskin dəyişməyəcək və ilin sonuna qədər 57-63 RUB/USD diapazonunda dalğalanacaq. Bu da manatın məzənnəsinə ciddi təsir etməyəcək. Belə ki, son zamanlar Rusiya hökuməti dolların məzənnəsinin ölkədə həddindən artıq düşməsindən narahatlığını bildirərək, yay aylarında bahalaşmanın siqnallarını verib.

 

Neft qiymətlərində azalmanın 42-44 dollar/barelə qədər davam edəcəyini, daha sonra isə 50 dollar/barel səviyyəsinə kimi yüksələcəyinproqnozlaşdırılır. Bu da Rusiya və Azərbaycanda dolların məzənnəsinin sabit qalacağını ehtimal etməyə əsas verir.

 

Həmçinin, dolların qlobal valyuta bazarında məzənnəsinin bir qədər möhkəmləndikdən sonra yenidən düşəcəyi gözlənilir. Dolların məzənnəsində artım və neft qiymətlərində azalmanın 2018-ci ilin II yarısından etibarən başlayacağı və bunun dünya valyutalarına mənfi təsir edəcəyi proqnozlaşdırılır.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

©Report

21.06.2017 13:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ