Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da neft hasilatı daha da artdı, neft sürətlə düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft hasilatı daha da artdı, neft sürətlə düşdü


 ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 2,5 milyon barrel azalıb.


 
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli neft ehtiyatlarının ötən həftə 2,5 milyon barrel (0,5 faiz) azalma ilə 509,1 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar, ehtiyatların 2,1 milyon barrel azalacağını gözləyirdi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 1,7 milyon barrel azalma qeyd etmişdi.

Reklam_3_11


 
 Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları son 11 həftənin 9-unda geriləmişdir.


 
0% KREDİTLƏ OFİS MEBELİ!

 

Kommersiya məqsədli xam meft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,8 milyon barrel (0,1 faiz) azalaraq 683,8 milyon barrelə enib.
 


ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftə 0,6 milyon barel (0,2 faiz) azalaraq 241,9 milyon barelə düşüb. Bazar gözləntisi 0,4 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,1 milyon barrel artmışdı.


 
Xam neft hasilatı 18 həftənin 16-sında yüksəlib


 
Sözügedən dövrdə ABŞ-ın xam neft hasilatı bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 20 min barrel artaraq 9,35 milyon barrelə çatıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 18 həftənin 16-sında artım göstərib.
 


Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 149 min barrel azalaraq 7,88 milyon barrelə, xam neft ixracı da gündəlik orta hesabla 205 min barrel azalaraq 517 min barrelə enib.


 
ABŞ-ın xam neft hasilatının artması barədə məlumatına ardından qlobal bazarlarda neft qiymətləri geriləyib.

 

ABŞ-ın Qərbi Texas tipli xam neftinin barrel qiyməti 42,12 dollaradək, Brent neftinin barrel qiyməti də 44,42 dollara qədər geriləyib. Neft qiymətləri 3 faiz ətrafında düşüb.

 

VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!

22.06.2017 05:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ