Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Məhsulumuzu Azərbaycan brendi altında Rusiya bazarlarına göndəririk"

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Məhsulumuzu Azərbaycan brendi altında Rusiya bazarlarına göndəririk"

 

Gəlirli sahə olduğu üçün fermerlərin istixanalara marağı artmaqdadır. Qərb bölgəsində son bir neçə ildə min hektarlarla sahədə istixana kompleksləri salınıb.

Reklam_3_11

 

İstixanalar iqlim şəraitindən asılı olmayaraq ilin hər fəslində kənd təsərrüfatı məhsulları istehsalına imkan yaradır. Belə ki, içərisinə yerləşdirilmiş qurğular vasitəsilə istixananın daxilindəki temperaturun dərəcəsi asanlıqla tənzimlənir. Bununla da bitkilərin ilboyu yetişdirilməsi prosesində yaranan fasilələr aradan qaldırılaraq ardıcıl məhsul istehsalı təmin olunur.

 

Qazax rayonunun Kommuna kəndində yerli sahibkarlar istixana kompleksində yetişdirdikləri pomidor şitilindən bol məhsul əldə edirlər. Hazırda yığımı aparılan tərəvəzin qablaşdırılması prosesi həyata keçirilir. Eyni zamanda məhsulun üzərində istehsal yerinin Azərbaycan, Qazax rayonu olduğunu göstərən etiketlər də var.

 

Fermer Azər Mərdalıyev  müxbiri ilə söhbətində deyib: “Məhsulumuzu Azərbaycan brendi altında Rusiya bazarlarına göndəririk. Gördüyünüz kimi, bol məhsul yetişib. Gələcəkdə istixananın sahəsini daha da artırmaq istəyirik.”

 

İşçi Almaz Əhmədova isə bildirib ki, istixananın yarım hektar ərazisi var: “Dekabrın sonlarında 20 min ədəd şitil əkmişik. İlk məhsul isə martın axırında yığılıb. Hazırda da yığım, qablaşdırma işləri gedir. Burada 6 nəfər çalışır.”

 

Fermer Azər Mərdalıyev gələcəkdə digər tərəvəz məhsullarını yetişdirməkdə də maraqlı olduğunu deyir.

 

Qeyd edək ki, Qazaxda əsasən Çaylı və Kommuna kəndlərində istixana təsərrüfatları mövcuddur və buradan hər il bol məhsul yığılır. Təxminən bir pomidor şitilindən yığım zamanı 20 kiloqramdan çox məhsul götürmək olur. İstixanaların çox olması, həm də kəndlərdə insanların işə cəlb edilməsi deməkdir.

22.06.2017 08:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ