Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın “Qızılgüllər diyarı”nda gül yağı zavodu tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın “Qızılgüllər diyarı”nda gül yağı zavodu tikilir

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Təsadüfi deyil ki, Zaqatala respublikamızda “Qızılgüllər diyarı” kimi də tanınır.

 

Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, Zaqatala rayonunda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri iş aparılır.

 

Artıq rayonun Aşağı Tala kəndinin ərazisində gül yağı zavodunun tikintisinə də başlanılıb. Emal müəssisəsinin tikintisi “AZROSE” MMC-nin sifarişi ilə “LSM-İnşaat” MMC tərəfindən həyata keçirilir.

 

İş icraçısı İbrahim İbrahimov  bildirib ki, zavodun ümumi ərazisi 2,7 hektardır. Müəssisəyə istehsalat binası, hazır məhsul anbarı, inzibati bina, həmçinin yardımçı tikililər, o cümlədən qazanxana binası, 200 kubmetr tutumu olan su anbarı, nasosxana və sutəmizləyici qurğu daxildir. Hazırda inzibati binanın ikinci mərtəbəsində qəlib və armaturlama işləri görülür. İstehsalat binasının bünövrəsinin betonlanması işləri də artıq yekunlaşıb.

 

Zavodun tikintisinin bu il avqustun sonu - sentyabrın əvvəlində başa çatdırılması nəzərdə tutulur.

 

Emal müəssisəsinin xammala olan tələbatını ödəmək məqsədi ilə yeni gül plantasiyasının salınması üçün ötən il rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd qızılgül, 25 hektar sahədə isə 500 min ədəd lavanda tingləri əkilib. Gələcəkdə gül plantasiyasından ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır.

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

© Azərtac

22.06.2017 08:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ