Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda meskal içkisi təqdim ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Bakıda meskal içkisi təqdim ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meksikanın Azərbaycandakı səfirliyi Azərbaycan Qran-Pri Formula 1 yarışları çərçivəsində meskal içkisinin 3 təqdimatını həyata keçirəcək.

 

Səfirlikdən  verilən məlumata görə, bu məqsədlə dörd meskal istehsalçısı və bir meskal üzrə mütəxəssisdən ibarət ticari missiya meskalın növləri və çeşidlərinin təşviqini etmək üçün tədbirlərdə iştirak edəcəklər.

 

Meksikanın ənənəvi içkisi sayılan meskal ölkənin tarixi, mədəniyyəti və müxtəlifliyini təmsil edir. Uzun müddət ərzində o, müqəddəs içki sayılırdı. Böyük milli ənənəsi olar bir içkidir. Mənzil-qərargahı İsveçrənin Jeneva şəhərində yerləşdiyi Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 1995-ci ildə qeydiyyata alınıb və bununla da, mənşəli ad statusunu əldə edib.

 

Meskal sənayesi 16.000-dən çox vasitəsiz və 40.000-dən çox vasitəli iş yerləri yaradır. 2016-ci ildə 51 ölkəyə iki milyon litrdən çox meskal ixrac olunub. Meksikanın bu 9 ştatı meskal istehsalı üçün Mənşəli Adın tanınmasına malikdir: Duranqo, Qerrero, Quanaxuato, Miçoakan, Oaxaka, Puebla, San Luis Potosi, Tamaulipas və Zakatekas.

22.06.2017 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ