Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Naxçıvanda sosial-iqtisadi inkişaf - SON RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanda sosial-iqtisadi inkişaf - SON RƏQƏMLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Muxtar respublikada 2017-ci ilin yanvar-may aylarında 927 milyon 928 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 2063 manata çatmışdır.

 

* * *

 

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 419 milyon 860 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,1 faiz üstələmişdir.

 

* * *

 

İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 385 milyon 518 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 361 milyon 724 min manatı və ya 93,8 faizi tikinti­-quraşdırma işlərinin payına düşmüşdür.

 

 * * *

 

2017-ci ilin yanvar-may aylarında 49 milyon 552 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 2,9 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 8531,3 ton ət, 35090 ton süd istehsal edilmiş, bir il öncəyə nisbətdə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,7 faiz artmışdır.

 

* * *

 

2017-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin həcmi 20 milyon 254 min 700 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin həcmi ilə müqayisədə 2,3 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin həcmi 16 milyon 521 min 200 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,9 faiz artmışdır.

 

* * *

 

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 9 milyon 271 min 600 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 2 milyon 16 min 900 manatı və yaxud 21,8 faizi qısamüddətli, 7 milyon 254 min 700 manatı və yaxud 78,2 faizi uzunmüddətli kreditlər olmuşdur.

 

* * *

 

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 iyun 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 59780-ə çatmışdır ki, bunun da 50671-i və ya 84,8 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-may aylarında açılmış 16434 bank hesabının 16382-si aktiv hesablar olmuşdur.


Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2017-ci il tarixə 1249-a çatmışdır.

 

* * *

 

2017-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 3 milyon 13 min 700 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 28,4 faiz çoxdur.

 

* * *

 

2017-ci ilin yanvar-may aylarında muxtar respublikaya 153 min 305 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz və ya 5763 nəfər çoxdur.

 

* * *

 

İqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar-may aylarında muxtar respublikada 135 milyon 176 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,2 faiz artaraq 126 milyon 986 min 500 ABŞ dolları, idxalın həcmi 46,2 faiz azalaraq 8 milyon 190 min 300 ABŞ dolları təşkil etmiş, 118 milyon 796 min 200 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.

 

* * *

 

Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 666 milyon 56 min 100 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,1 faiz artaraq 1480,8 manat təşkil etmişdir.

 

* * *

 

2017-ci ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 414 manat təşkil etmiş və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artmışdır.

 

© Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti

22.06.2017 09:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ