Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rauf Əliyev: “Kiçik və orta biznesin çiçəklənməsi bizim üçün olduqca əhəmiyyətlidir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rauf Əliyev: “Kiçik və orta biznesin çiçəklənməsi bizim üçün olduqca əhəmiyyətlidir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Əvvəllər biznes-mərkəzlərdə icarəçilərin 80%-i xarici şirkətlər idisə, hazırda bu faizi (80%) Azərbaycan şirkətləri təşkil edir.


 

Son illər Azərbaycan iqtisadiyyatı fəal surətdə qeyri-neft sektorunun inkişafı yoluna keçir. Turizmin, kənd təsərrüfatının və bu sektora aid digər sahələrin uğurlu inkişafı ilə yanaşı, kiçik və orta biznesdə də irəliləyişlər müşahidə olunur. Bu isə, öz növbəsində, paytaxtımızda sayı gündən-günə artan yeni biznes-mərkəzlərin yaradılmasını tələb edir.

 

Biz bununla bağlı “AF Holding”in İcarə şöbəsinin rəhbəri Rauf Əliyevlə görüşdük, müsahibimiz söhbət əsnasında orta və kiçik biznesin inkişafı, həmçinin təmsil etdiyi holdinqin timsalında ölkəmizdə biznes-mərkəzlərin fəaliyyəti haqda fikirlərini bölüşdü:

 

- Azərbaycanda iqtisadiyyatın yüksəlişi, kiçik və orta biznesin inkişafı icarə bazarında və inşaat sahəsində vəziyyətə müsbət təsir göstərir. Təqdirəlayiq haldır ki, ötən il ərzində qeyri-neft sektorunda fəaliyyət göstərən, şəhərdə ofisləri icarəyə götürən şirkətlərin sayı artmışdır. Qeyd etmək lazımdır ki, əvvəllər belə şirkətlər daha çox xarici firmalar idisə, hazırda icarəçilər yerli, öz iş adamlarımızdır. Rəqəmlərə nəzər salsaq, əvvəllər biznes-mərkəzlərdə icarəçilərin 80%-i xarici şirkətlər, hazırda isə bu faizi (80%) Azərbaycan firmaları təşkil edir.

 

"İNDİ MÜƏYYƏN SAHƏNİ 6-7 ŞİRKƏTƏ İCARƏYƏ VERİRİK"

 

Dünya böhranı dünya iqtisadiyyatının bir parçası olan ölkəmizdə də müəyyən dərəcədə öz təsini göstərdi. Bu daha çox satış sahəsində öz əksini tapdı. Lakin biznes-mərkəzimizdə icarə haqqının yüksəlməsinə o qədər də təsir etmədi. Hətta icarə haqqının daha optimal olduğunu deyə bilərik. Əgər biz əvvəllər müəyyən sahəni 3-4 şirkətə icarəyə verirdiksə, indi 6-7 şirkətə veririk, bununla da icarəçilərə münasib ödəniş təklif edirik. Əlbəttə, çoxlu sayda şirkətlərə xidmət göstərmək işimizi daha da çətinləşirdirir, lakin kiçik və orta biznesin çiçəklənməsi bizim üçün çox vacibdir. Hər biznes-mərkəz öz qiymət siyasətini yürüdür, lakin bizim qiymətlər son bir neçə il ərzində sabit qalmışdır.

 

"İCARƏÇİLƏRİN BƏZİ İSTƏKLƏRİNƏ ETİRAZ ETMİRİK"

 

İcarəçilər üçün ofislərin yerləşməsi, icarə haqqı və lazımi iş şəraitinin olması mühümdür. Biz kommunal problemləri öz üzərimizə götürür və icarəyə artıq təmir edilmiş yerləri veririk. Bizim ofislər şəhərin mərkəzində yerləşir, qiymət digərləri ilə müqayisədə daha rəqabətə davamlıdır. Biz öz icarəçilərimizi müştəri kimi deyil, tərəfdaş kimi görürük. Çünki onların biznesinin inkişafı bizim inkişafımıza təkan verir, perspektivdə icarəyə verilən yerlərin sahələri genişlənir. Ən başlıcası isə biz icarəçilərə səmimi münasibət göstəririk, onlar öz problemlərini bizimlə müzakirə edə bilirlər. Biz tez-tez onlardan bizneslərinin necə irəliləməsini, köməyimizə ehtiyaclarının olub-olmamasını soruşuruq. Məsələn, mərtəbədə və ya foyedə reklam lövhəsi yerləşdirmək və ya başqa istəklərini bildirəndə, biz onlara heç vaxt etiraz etmirik.

 

"ELƏ ANLAR OLUR Kİ,..."

 

Əlbəttə, icarəçilərlə münasibətlər müqavilə əsasında baş verir, lakin elə anlar olur ki, onlar çətinlik çəkirlər və müqavilənin bütün bəndlərinə əməl edə bilmirlər. Onda biz onlara anlayışla yanaşır və çətinliklər haqqında düşünmədən inkişafa davam etməyə imkan veririk. Çünki bir çox hallarda hər hansı şirkət müəyyən müddət sıxıntı çəksə də, sonra sürət götürərək irəliləməyə başlayır. Əlbəttə, müqaviləyə əməl etmək olar, ancaq onda biznes bağlanacaqdı. Biz çoxlu müsbət cəhətləri olan çıxış yolu tapdıq: ilk növbədə, biz müştərilərimizi itirmirik və yeri icarəyə götürən firma inkişaf etməkdə davam edir. Biz isə Azərbaycanda biznesin yüksəlməsinə ancaq sevinirik.

 

Belə hallarda biz bu sahədə çalışan, qarşılıqlı münasibətlərin daha rasional və müqavilə qaydalarına ciddi riayət edən qərb şirkətlərinin təcrübəsinə müraciət etmirik. Biz hətta icarəçilərlə münasibəti xalqımıza xas olan anlayış və xeyirxahlıq üzərində qurmağı düşünürük və icarəçılərə müsbət təsir göstərərək, bizə də sərfəli olacaq müqavilə bəndlərinin üstündən keçirik.

 

"YEMƏKXANANIN AÇILMASINI PLANLAŞDIRIRIQ"

 

Məqsədimiz icarəçi-şirkətlərin inkişafı və yüksəlişidir. Biz bunun üçün əlimizdən gələni edəcəyik. Hazırda texniki məqamları təkmilləşdirməyi, icarəçilərimiz üçün daha rahat şəraitin yaradılmasını və onlarla sıx ünsiyyətin davam etdirilməsini planlaşdırırıq. Hazırda mərkəzimizdə trenajor zalı fəaliyyət göstərir, bütün icarəçi-şirkətlərin əməkdaşları burada endirimli qiymətlərlə məşğul ola bilirlər. Biz bunu sağlam həyat tərzinin və idmanla məşğul olmağın təşviqi kimi çox maraqlı həll hesab edirik. Yaxın gələcəkdə biznes-mərkəzdə əməkdaşlar üçün yeməkxananın açılmasını planlaşdırırıq. Hazırda isə hər mərtəbədə ümumi mətbəxlər mövcuddur. Burada yenə də milli xüsusiyyətimizi, xalqımıza xas olan “ev yeməyi”nə məhəbbəti nəzərə alırıq. Xaricdə əksəriyyət fast-food-a (tez hazırlanan yeməklərə), azərbaycanlılar isə imkan olduqca mətbəxdə hazırlanmış yeməklərə üstünlük verirlər.

 

"İÇARƏÇİLƏRİN ARASINDA GƏNCLƏRİN SAYI ÇOXDUR"

 

Mərkəzlərimizdə icarəçilərimizin sayı artır. Biz ölkəmizdə kiçik və orta biznesin inkişaf istiqamətlərini icarəçilərimizin fəaliyyət növünə uyğun müəyyənləşdiririk. İcarəçilərin əksəriyyəti – turizm, təhsil, səhiyyə, idman və s. sektorlarda çalışan yeni başlayan şirkətlərdir. İcarəçilər arasında gənclərin sayı çoxdur, bu isə bizi çiçəklənən gələcəyin gözləməsinə bir işarədir. Ötən il ərzində icarə bazarında icarə ilə maraqlananların sayı artmışdır. Bu isə Azərbaycanda iqtisadi yüksəlişin parlaq göstəricisidir.

 

Firəngiz Ağalarova, Marja

01.07.2017 06:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ